Ötən gecə saat 23:02 radələrində Gəncə şəhərinin Şah İsmayıl Xətai prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, Solmaz Nəbiyeva naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində dünyasını dəyişib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən ilkin məlumata görə, qəzaya səbəb "Mercedes" markalı avtomobilin sürücüsü olub. Mərhumun şəxsiyyəti hadisə yerinə gələn yaxınları tərəfindən təyin edilib. Sürücünün kimliyi haqqında isə dəqiq məlumat əldə olunmayıb. Hadisənin təfərrüatları yaxınlıqda yerləşən mağazaların təhlükəsizlik kameralarının çıxarışından sonra məlum olacaq.
Qeyd edək ki, faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB