40 min manatlıq santexnika mallarını oğurlayan şəxs yaxalanıb

40 min manatlıq santexnika mallarını oğurlayan şəxs yaxalanıb

40 min manat santexnika mallarını oğurlayan şəx yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, noyabr ayında Lökbatan qəsəbəsində yerləşən, Bakı şəhər sakini Valeh Rəcəbova məxsus ambardan 40 min manat dəyərində santexnika malları oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Elvin Alxasov və Mehdi Qasımov Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə