Qax-Şəki yolunda 3 nəfər ölüb

Qax-Şəki yolunda 3 nəfərin həlak olması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndləri arasından keçən hissəsində qeydə alınıb.

VAZ 2106 markalı avtomobil, "Ford" markalı xırdatutumlu yük avtomobili ilə toqquşub.

Nəticədə bir nəfər hadisə yerindəcə dünyasını dəyişib. Digər iki nəfərdən biri xəstəxanaya çatdırılarkən yolda, bir nəfər isə xəstəxanada vəfat edib.

Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir. Bir nəfər isə ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə