İtaliyada baş vermiş yanğın nəticəsində beş nəfər həlak olub

İtaliyanın Prato şəhərində fəaliyyət göstərən çinlilərə məxsus zavodda yanğın qeydə alınıb.

Son məlumatlara əsasən, hadisə nəticəsində beş nəfər həlak olub. Yanğınsöndürənlər alovun daha geniş əraziyə keçməsinin qarşısını alıblar.

Ərazidə xilasetmə işləri davam etdirilir, hadisənin baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə