Ziya Bünyadov prospektində "Mersedes" markalı iritonnajlı yük maşını 10-a yaxın minik avtomobilini əzərək, bir neçəsini yol kənarında qazılmış xəndəyə salıb. Yük maşını daha sonra özü aşıb.
Hadisə şahidləri qəza nəticəsində çoxlu sayda yaralıların olduğunu bildiriblər.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerində xilasetmə və təhlükəsizlik işləri görürlər.
Yaralılar xəstəxanaya aparılıb.
Hazırda Ziya Bünyadov prospektində qəza ilə bağlı nəqliyyatın hərəkəti dayanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB