Həbsxanalardan mobil telefonlar tapılıb

Həbsxanalardan mobil telefonlar tapılıb

Penitensiar xidmətin və həbsxananın əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Fərid Zaur oğlu Bakıxanovun kamerasına baxış keçirilərkən döşəmənin gizli saxlanc yerində gizlədilmiş ona məxsus 1 (bir) ədəd "Nokia" markalı mobil telefon, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Miryusif Qəribağa oğlu İbrahimovun üzərinə baxış keçirilərkən ayağinda olan corabın içərisində gizlədilmiş daxilində "Cin" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon, 3 saylı İstintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 221.2.1, 228.4, 304.1, 66.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seyfulla Rəşid oğlu Qafarovun kamerasına baxış keçirilərkən kamerada olan su qabının gizli saxlanc yerindən ona məxsus olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə