Rəsmi Moskva səfirliyə hücumu terror aktı kimi qiymətləndirib YENİLƏNİB
Rəsmi Moskva Rusiyanın Dəməşqdəki səfirliyinin minaatanlardan atəşə tutulmasını terror aktı kimi qiymətləndirir və günahkarların cəzalandırılmasını tələb edir. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən məlumat verir.
Məlumatda deyilir: "Silahlıların Dəməşqin mərkəzi hissəsini, o cümlədən Rusiya səfirliyinin ərazisini minaatanlardan atəşə tutmasını hiddətlə qarşılayır və kəskən şəkildə qınayırıq. Törədilən hadisələri terror aktları kimi qəbul edirik. Terror aktlarının icraçıları, onları bu işə təşviq edən və yönəldənlər layiqli cəzalarını almalıdırlar".
Qeyd edək ki, Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. Bu barədə diplomatik nümayəndəliyin əməkdaşı bildirib.
Səfirliyin nümayəndəsi deyib ki, diplomatik missiyanın yerləşdiyi rayon bu gün minaatanlardan intensiv atəşə məruz qalıb: "Minalardan biri səfirliyin ərazisində partlayıb. Xəsarət alan yoxdur. Partlayış baş verən yerə maddi ziyan dəyib. Daha bir mina isə səfirlik ərazisindən kənarda partlayıb".
Lakin ilkin məlumata görə, hadisə nəticəsində bir suriyalı ölüb, 9 nəfər, o cümlədən səfirliyin suriyalı mühafizəçiləri xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB