Oğurluqda şubhəli bilinənlər tutuldu

Oğurluqda şubhəli bilinənlər tutuldu

Ötən gün saat 07 radələrində Vüsal Ramazanovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən oğurluğa cəhd olunub. Bakı Şəhər Baş Polis İdarəsinin mətbat xidmətindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunan Mətanət Hüseynova yaxalanıb.

Müəyyən olunub ki, o, noyabrın 22-də Babəli İsbatovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən 2 ədəd bankomat kartı və şəxsi sənəd, noyabrın 25-də isə Cəmilə Qurbanovanın mənzilindən, açıq qapıdan keçmə yolu ilə pul, 1 cüt qızıl sırğa, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartları oğurlayıb.

Bundan əlavə, ötən gün oktyabrın 27-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Röya Bağırovaya məxsus, içərisində 120 manat, 100 ABŞ dollar, 50 Avro və 2 ədəd bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini də tutulub. Belə ki cinayətkar Roza Ağammədova Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 23-ü saat 15 radələrində Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində, orada işləyən Bakı şəhər sakini Minəxanım Əliyevanın 160 manat pulunu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Könül Salmanova isə ötən gün Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Ramana qəsəbəsində isə Aydın Zeynalova məxsus "VAZ-2105" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Bağırov Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə