Gədəbəydə qardaşoğlu əmisini bıçaqlayıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Gərgər kənd sakini Anar Məmmədov əmisi Əsəd ilə mübahisə edib. Mübahisə zamanı qardaşoğlu bıçağa əl ataraq əmisini bıçaqlayıb. Yaralı Əsəd Məmmədov Şəmkir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. O, istintaqa ifadəsində bildirib ki, əmisi ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB