Sumqayıtda "Etilen-Polietilen" zavodunda "F-1" qumbarası aşkar edilib.
SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, "Azərikimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.
Nazirliyin müvafiq qurumlarının aidiyyəti bölmələri hadisə yerinə cəlb olunub və hazırda istifadəyə yararlı vəziyyətdə olan bir ədəd "F-1" markalı əl qumbarası müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB