Yaşayış binasında partlayış baş verib

Yaşayış binasında partlayış baş verib

Mingəçevirdə hündür mərtəbəli yaşayış binasında partlayış baş verib. SİA-nın məlumatına görə, hadisə şəhərin Xətai küçəsində Vəliyyədin Kərimova məxsus yaşayış mənzilində baş verib.

Yanğınla müşahidə edilən partlayışa qaz sızması səbəb olub. Mətbəxdə baş verən hadisədə alov qaz piltəsindən alışıb.

Qeyd edək ki, hadisə yerinə "Azəriqaz" İB-nin nümayəndələri və FHN-əməkdaşları gəlib. Partlayışın səbəbləri araşdırılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə