Cinayətkarlar polislər tərəfindən tutulub

Cinayətkarlar polislər tərəfindən tutulub

Bakı şəhər BPİ Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zeybəxanım Quliyeva tutulub.

Avqustun 26-da Bakı şəhər sakini Osman Qurbanov daxilə nüfuz edən bıçaq xəsarətilə Ş.Qurbanov küçəsindən KTM-ə daxil olub. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Abdulla Yolbarsov yaxalanıb.

Həmçinin, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Həsənhüseyin Qalimov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə