DİN-in rəsmi məlumatı

Noyabrın 22-si saat 23 radələrində Biləcəri qəsəbə sakini Ədalət Hətəmov daxilə nüfuz edən bıçaq xəsarəti ilə Q.Məmmədov küçəsindən KTM-ə daxil olub. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Hətəmova ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Sadiq Əliyev tutulub.

Noyabrın 22-si saat 01 radələrində M.Həsənov küçəsində Beyləqan rayon sakini Tural Kərimova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bərdə rayon sakini Natiq Tağıyev Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə