DİN: Cinayətkarlar yaxalanıblar

SİA-nın məlumatına görə, oktyabrın 2-də Eldar Ələsgərovun Dübəndi bağları 5-ci Şimal küçəsindəki bağ evindən 1530 manat oğurlamaqda şübhəli bilinən, həmin bağ evində mühafizəçi işləyən Bakı şəhər sakini Rakov Roman İqoreviç Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Noyabrın 16-sı saat 20 radələrində Yasamal rayonu Hüseyn Cavid prospektində Bakı şəhər sakini Ağaqulu Ələkbərov idarə etdiyi "Mercedes" markalı avtomobillə İlahə Qasımovanı vurmuşdur. İ.Qasımova noyabrın 22-də xəstəxanada dünyasını dəyişib.

Noyabrın 19-da Ağaseyub Fərzəliyevin Biləcəri qəsəbəsi M.Abbasov küçəsindəki evindən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Asim Məmmədov Binəqədi RPİ 6-cı PB- nin əməkdaşları tərəfindən tutulub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Taleh Novruzov Səbail RPİ 9-cu PB və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulub.

Noyabrın 22-si saat 03 radələrində Sahil qəsəbə sakini Zaur Əliyev qarın nahiyyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti ilə qəsəbə ərazisindən KTM-ə daxil olmuşdur. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.Əliyevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Ramil Məmmədov tutulub.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mirvaleh Əzizovdan 448,4 qram marixuana aşkar olunaraq götürülüb.

Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələrilə axtarışda olan Elmira Qurbanova tutulub.

Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsi və 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Əliquzuyevdən 0,257 qram heroin aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı məlum olmuşdur ki, M.Əliquzuyev oktyabrın 16-da M.Cəfərov küçəsində yerləşən "Qaragözov" tibb mərkəzindən, pəncərədən keçmə yolu ilə 2 ədəd televizor oğurlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə