Ucarda minik avtomobili yük maşınına çırpılıb, yaralanan var

Ucarda minik avtomobili yük maşınına çırpılıb, yaralanan var

Ucarda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün axşam saat 17:30 radələrində Ucar rayonu ərazisindəki körpünün üzərində qeydə alınıb.

61-BE-707 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını Ucar rayon sakini Səlimov Fuad Əlyar oğlunun idarə etdiyi 23-BH-031 dövlət nömrə nişanlı KamAZ-a çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes"in sürücüsü ağır bədən xəsarətləri alıb və yaxınlarının köməkliyi ilə hadisə yerindən uzaqlaşdırılıb.

Yaralının hansı xəstəxanaya aparıldığı məlum deyil.

Ucar rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə yerindən uzaqlaşdırılan sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə