Bərdədə maşın su arxına aşıb, sürücü ölüb

Bərdədə maşın su arxına aşıb, sürücü ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Mirzalıbəyli kəndində 1980-ci il təvəllüdlü Süleymanov Çingiz Çərkəz oğluna məxsus "VAZ" markal minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı su arxına aşması nəticəsində yol-qəza hadisəsi baş verib.

SİA-nın məlumatına görə, nəticədə avtomobilin sürücüsü Ç.Ç.Süleymanov aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürənlər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Avtomobildə olan sərnişin isə yanğınsöndürənlər çatana kimi əhali tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə