Göygöldə ev yanıb

Göygöldə yanğın hadisəsi qeydə alınıb. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 1 mərtəbəli 2 otaqlı evdə baş verib. Nəticəsə mətbəxdə tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə