Samuxda ağır yol qəzası baş verib

Samuxda ağır yol qəzası baş verib

Samux rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Karayeri qəsəbəsində qeydə alınıb.

SİA-nın bölgə mexbirinin rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata əsasən Mersedes markalı iki avtomobil Gəncə istiqamətinə hərəkətdə olarkən yoldan çıxıb və idarəetməni itirən avtomobillər bir neçə metr əkin sahəsinin içi ilə hərəkət edib.

Qəza nəticəsində Gürcüstan vətəndaşı Turan Piriyev və digər avtomobildə olan Samux rayonu İstixana sakinləri Saleh Məmişov, Emin Məmmədov, Arzu Mehdiyev xəsarət aldıqları üçün Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzaya ilkin səbəb kimi hər iki Mersedesin yolda bir-biri ilə yarışması və sürət həddinin aşması göstərilir. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə