İtaliya KİV-ləri xəbər verib ki, "Kleopatra" qasırğasından sonra yağan güclü yağışlar səbəbindən Sardiniya adasında baş vermiş daşqın nəticəsində doqquz adam həlak olub, beş nəfər itkin düşüb.
Həlak olanlar arasında 90 yaşlı qadın, su ilə dolmuş evində həlak olmuş 64 yaşlı italyan qadın, körpü dağılarkən suda boğulmuş bir kişi, habelə fermer və oğlu da var. Təhlükəsizlik üzrə dörd zabit xilasetmə əməliyyatı zamanı yaralanıb.
Olviya və Nuoro əyalətlərində vəziyyət mürəkkəb olaraq qalır. Orada məktəblər bağlanıb. Avtomobil və dəmir yollarında hərəkətlə bağlı problemlər var.
İtaliya Mülki Müdafiə Xidmətinin dispetçer məntəqəsinə yüzlərlə adam zəng edib kömək istəyir.
Yaranmış vəziyyəti qiymətləndirmək üçün Mülki Müdafiə Xidmətinin başçısı Franko Qabrielli təcili müşavirə çağırıb.
Romada vəziyyət sakit olaraq qalır, lakin KİV-lər Tibr çayının səviyyəsinin qalxdığını bildirirlər.
Qarşıdakı bir sutka yarım ərzində paytaxtda güclü külək və leysan nəticəsində elektrik təchizatında fasilələr gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB