Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunana əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 185.2.1; 185.2.2; 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilən şəxs Emin Şahin oğlu Əsgərova qardaşı Əsgər Şahin oğlu Əsgərovun gətirdiyi sovqata baxış keçirilərkən 2 (iki) ədəd xurma meyvəsinin içərisində gizlədilmiş hər birində
1 (bir) büküm, ümumi çəkisi 1,87 qram narkotik maddə marixuana və 2 (iki) ədəd xurma meyvəsinin içərisində hər birində 10 ədəd mənşəyi məlum olmayan həblər aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB