Samux rayonunda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Samux rayonunda yol nəqliyyat hadisəsi baş verib.
SİA-nın qərb bürosunun xəbərinə görə hadisə rayonun Alıuşağı kəndində baş verib.
Belə ki, "N" saylı hərbi hissədə qulluq edən, Gəncə şəhər sakini 30 yaşlı Əliyev Namiq Gülşad oğlunun idarə etdiyi "Chevrolet Aveo" markalı avtomobillə Alıuşağı kənd sakini, kənd orta məktəbin 11-ci sinif şagirdi, 16 yaşlı Hüseynzadə Hüseyn Fizuli oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə toqquşub.
Hadisə zamanı "VAZ 21099" də olan sərnişinlər 16 yaşlı Nağıyev Röyal Ramil oğlu, Əliyev Şahmalı Amin oğlu və 17 yaşlı Əliyev Mehman Müşviq oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin araşdırmaya əsasən, qəzaya yüksək sürət səbəb olub.
Polis Şöbəsindən bildirilib ki, 16 yaşlı məktəbli atasına məxsus "VAZ 21099" markalı avtomobili icazəsiz idarə edib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB