Sumqayıtda və Qubada yanğınlar olub. Bu barədə SİA məlumat verib.
Xəbərə görə, Sumqayıt şəhərində üçmərtəbəli inzibati binanın 2-ci mərtəbəsində ümumi sahəsi 5o kv.m olan otaqda 5 kv.m sahədə tənzimləyici qurğular yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Həmçinin, Qusar rayonu, Gündüzqala kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 72 kv.m sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik tikilmiş ümumi sahəsi 340 kv.m olan ev yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB