Kolbasa içərisində mobil telefon aşkar edilib

Kolbasa içərisində mobil telefon aşkar edilib

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1; 185.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Kamil Tamerlan oğlu Vəlixanova tanışı, Bakı şəhər sakini Rəşid Xanlar oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilərkən, kolbasının içərisində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə