Avtomobil 200 metr hündürlükdən dərəyə yuvarlanıb FOTO

Avtomobil 200 metr hündürlükdən dərəyə yuvarlanıb FOTO

Ötən gecə Hacıqabul rayonu Udulu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü İbrahimov Vüsal Qəmbər oğlu "VAZ 021" markalı 24 BA 248 nömrə nişanlı avtomobilə hərəkət edərkən idarəetməni itirib. Yoldan çıxan avtomaşın 200 metrlik hündürlükdən dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan sərnişinlər 1990-cı il təvəllüdü Gülmalıyev İsmayıl Bəxtiyar oğlu, 1979-ci il təvəllüdlü Məlikov Oqtay Gülağa oğlu hadisə yerində ölüblər.

Qeyd edək ki, ağır bədən xəsarətləri alan sürücü isə Şırvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə