“Qaz” markalı minik avtomobili kanala düşüb

“Qaz” markalı minik avtomobili kanala düşüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Ağaşirinoba kəndi ərazisində "Xan" kanalına "Qaz" markalı minik avtomobili düşüb.

SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çixarmış və aidiyyəti üzrə təhvil veriblər.

"Qaz" markalı minik avtomobilində insan faktoru aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə