Salyan rayon sakini qol qəzasının qurbanı oldu

Salyan rayon sakini qol qəzasının qurbanı oldu

Şirvan sakini Zərbəliyev Zaur Zakir oğlu Şirvan-Salyan avtomobil yolunda idarə etdiyi maşınla hərəkətdə olan zaman idarərtməni itirərib və yol kənarındakı dayanacağı çırpılb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, zərbənin təsirindən dayanacaq bütövlükdə yerindən qoparaq kənara düşüb. Həmin vaxt dayanacaqda avtobus gözləyən Salyan rayon Yolüstü kənd sakini, 50 yaşlı Dadaşova Fəridə Xudamədət qızı ağır bədən xəsarətləri alıb.

Yaralı bir müddət hadisə yerində qalıb. Xeyli müddət sonra əraziyə gələn təcili tibbi yardım maşını zərərçəkəni xəstəxanaya aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verməsinə səbəb olan sürücü olay yerindən qaçsa da, sonradan yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə