Lənkəranda soyğunçuluq hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsindən SİA-nın Cənub bürosuna verilən məlumata görə, 37 yaşlı Liman şəhər sakini Məmməd Məmmədəli oğlu Tağıyev mərkəzi şəhər bazarına alış-veriş etməyə gələn rayon sakini Nanəbəyim Əjdər qızı Əhədovanın əlindən 230 manat pulunu alaraq qaçıb. Lakin polis əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs elə bazar ərazisindəcə yaxalanaraq istintaq orqanlarına təhvil verilib. M.Tağıyevin üzərinə baxış zamanı onun qadından aldığı pul aşkar edilərək götürülüb.
Onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB