Lənkəran polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi zərərsizləşdirməyə nail olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, 50 yaşlı Zəmanət Sahib qızı Həşimovanın üzərindən 720 qrama yaxın narkotik vasitə olan heron aşkar edilərək götürülüb.
Baş müstəntiq Famil Həsənovun verdiyi məlumata görə, həmin şəxs şübhəli şəxs qismində tutulub. Zəmanət Həşimovanın əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə məhkumluq həyatı yaşadığı bildirilir. İlkin istintaqa ifadəsində qadın həmin narkotik vasitəni İran İslam Respublikasının tanımadığı vətəndaşından aldığını bildirib.
Onun barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB