Bərdədə yaşayış evində partlayış baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Gəncə küçəsində baş verən hadisə zamanı Elnur Sadıqova məxsus 2 mərtəbəli ev partlayışın təsirindən dağılıb.
İlkin ehtimala görə hadisəyə səbəb qaz sızması olub. Alovla müşahidə edilən partlayış zamanı evin birinci mərtəbəsində yatılı vəziyyətdə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılardan ikisinin vəziyyəti ağır olduğu üçün rayon mərkəzi xəstəxanasına aparılıblar. Travmatologiya şöbəsində olan yaralıların vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndəriliblər.
Qeyd edək ki, hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB