Lənkəranda yol-nəqliyyat qəzası baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şose yolunun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb.
Masallı rayonunun Binə Xocavar kənd sakini, 1989-cı il il təvəllüdlü Cavid Lazım oğlu Balakişiyevin idarə etdiyi "QAZel" markalı, 10 TC 562 dövlət nömrə nişanlı avtomaşın Lənkəran rayonu Şağlaser kənd sakini, 1989-cu il təvəllüdlü Aqşin Ənnağı oğlu İbrahimovun idarə etdiyi "Mercedes" markalı, 10 OV 242 dövlət nömrə nişanlı avtomobillə toqquşub. "QAZel" daha sonra yolun kənarı ilə gedən piyada, Şağlaser kənd sakini, 1995-ci il təvəllüdlü Səbuhi Ziyad oğlu Talıbovu vuraraq yaxınlıqdakı dükana çırpılıb. Piyada Səbuhi Talıbov xəstəxanaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qəza zamanı hər iki avtomaşınla yanaşı, dükana da ciddi ziyan dəyib.
Hazırda qəzanın səbəbləri iləbağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB