Gədəbəydə yolu keçmək istəyən piyadanı maşın vurub. Gədəbəy rayonunda piyadavurma hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini 26 yaşlı Hafiz Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə rayonun Gərgar kəndində yolu keçmək istəyən həmyerlisi 44 yaşlı Nağıyev Müsaməddini vurub.
Xəstə ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində zərəçəkmişin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB