Bərdədə fərdi yaşayış evində güclü partlayış baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Qasımbəyli kəndində baş verən hadisədə maye qaz balonu partlayıb. Rayon sakini Xuraman Adıgözəlovaya məxsus yaşayış evində baş verən güclü partlayış yanğına səbəb olub. Bir otaqlı evin mətbəxi əşyaları ilə birlikdə yanaraq kül olub.
Xoşbəxtlikdən hadisə zamanı evdə heç kim olmayıb. Ev sahinin sözlərinə görə, cay qaynatmaq ücün mətbəxtdə qazı yanılı qoyub, qonşuya gedib.
Qeyd edək ki, hadisə yerinə FHN-in Bərdə rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. İki avtomobilin köməyi ilə alov ram edilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB