İsmayıllı rayonu, Gideyli kəndində (rayon mərkəzindən 41 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 32 kv.m sahədə və tövlənin damına yığılmış 2,5 ton ot bağlamasının 1 tonu yanıb. SİA-nın məlumatına görə, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Qazax rayonu, Alpoud kəndində (rayon mərkəzindən 16 km aralı) ümumi sahəsi 400 kv.m olan birmərtəbəli 11 otaqdan ibarət inzibati binanın 3 otağının yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB