Astara rayonunda bədbəxt hadisə nəticəsində bir ailənin 4 üzvü ölüb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib. Kənd sakini, 1981 təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar.
hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerində olublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Güman edilir ki, onlar dəm qazından boğulublar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB