Qadın sürücü ölümə səbəb oldu

Qadın sürücü ölümə səbəb oldu

Mingəçevir şəhərində qadın sürücü ölümlə nəticələnən avtomobil qəzası törədib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 20 yanvar küçəsində, 33 saylı yaşayış binasının yaxınlığında baş verib. Sürücü Tamella Məmməd qızı Adıgözəlova idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yoldan keçən piyada, 59 yaşlı Nailə Seyidovanı vurub. Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Nailə Seyidova orada dünyasını dəyişib.

Qeyd edək ki, faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə