Gəndob-Yalama yolunun 5-ci kilometrliyində, Şabran rayonunun Şahnəzərli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosundan verilən xəbərə görə, Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini 30 yaşlı Zöhrab Qasımovun idarə etdiyi "VAZ 21 09" markalı avtomobil, Bakı istiqamətində hərəkət edən Rusiya dövlət nömrə nişanlı "VOLVO" markalı yük maşını ilə toqquşub. "VAZ 21 09"-un sürücüsü Zöhrab Qasımov və həyat yoldaşı 32 yaşlı Naidə Qasımova müxtəlif bədən xəsarətləri ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində yük maşını yolun kənarına aşıb. Onun yük hissəsində olan və Türkmənistana daşınması nəzərdə tutulan balıq məhsulları ətrafa səpələnib.
Qeyd edək ki, Bakı istiqamətində hərəkət edən "VOLVO"nun sürücüsü Dağıstan rayon sakini 44 yaşlı Qusen Çopanovdur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Qəza nəticəsində yolun hərəkət hissəsində tıxac yaranıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB