Hacıqabulda dəhşətli qəza FOTOLAR

Sürücü tanınmaz hala düşdü
Hacıqabulda dəhşətli qəza FOTOLAR

Bu günün sonunda faciə ilə nəticələnən daha bir ağır yol qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 156-cı km-də, Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb. Kürdəmirə doğru hərəkətdə olan "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib. Tamamilə yararsız hala düşən avtomobildə sürücü 21 yaşlı paytaxt sakini Əlili Özal Rəfail oğlu faciəvi şəkildə dünyasını dəyişib.

Dəhşətli hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Aparılacaq avtotexniki ekspertiza isə hadisənin daha dəqiq səbəblərini öyrənməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə