Ağır yol qəzası baş verib. Bu barədə SİA məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda (Müşviqabad qəsəbəsindən Sumqayıt şəhərinə gedən avtomobil yolunda) "OPEL" markalı minik avtomobili və "FORD" markalı yük avtomobili toqquşub.
Nəticədə avtomobillər deformasiyaya uğrayıb, "OPEL" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Mirzəyev Sahib Arif oğlu hadisə yerində vəfat edib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB