Yevlaxda velosipedçi yol qəzasında həlak olub

Yevlaxda velosipedçi yol qəzasında həlak olub

Yevlax şəhəri Çənlibel qəsəbəsi ərazisində velosipedçinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosundan verilən xəbərə görə, Yevlax sakini Yaşar Ərşad oğlu İsmayılov idarə etdiyi "Mersedes" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən Çənlibel qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Ağa Qərib oğlu Nağıyev velosipedlə onun yoluna çıxıb. Bu zaman "Mersedes" lə velosipedin toqquşması nəticəsində Ağa Nağıyev yaralanıb. O, Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə