Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Belə ki, Bərdə rayonu, Cicimli kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı 16 ton ot bağlamasının 6 tonu yanıb. Köməkçi tikilinin qalan hissəsi və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Tovuz rayonu, Qovlar qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə 12 kv.m əraziyə yığılmış 4 kub.m taxta materiallardan 1 kub.m yanıb. Taxta materialların qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB