Şəmkir rayonunun Təzəkənd kəndinin ərazisində Qaracəmirli kənd sakini Ruslan Talıbov atasına məxsus "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə avtomobildə olan sərnişin Nurlan Səmədli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Bakı şəhər sakini Hafiz Əzizov idarə etdiyi "Mercedes" markalı avtomaşınla Qaradağ rayonunun Lökbatan qəsəbəsinin ərazisində həmyerlisi Elvina Məmmədovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Cəlilabadda isə Alar kənd sakini Tağı Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomaşın aşıb. Sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Hadisələrlə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB