Paytaxtda qumbara satanlar tutulub

Bakı şəhər sakinləri qumbara satarkən tutulublar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Malik Sergey Viktoroviç 3 ədəd qumbara və 2 ədəd alışdırıcını satarkən tutulub.

Onun evinə baxış zamanı daha 2 ədəd qumbara və 2 ədəd alışdırıcı da aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə