Yaşayış evinə mərmi düşüb

Tovuz rayonun Yuxarı Öysüzlü kəndində yaşayış evinə mərmi düşüb. SİA-nın bölgə müxbirinin rayon İcra Hakimiyyətinə istinadən verdiyi məlumata görə, ermənilərin kəndi atəşə tutması nəticəsində silahın mərmisi yaşayış evinə düşüb. Rasim Qarayevin mənzilinə düşən mərmi nəticəsində evin pəncərələri sınıb. Xoşbəxtlikdən hadisə nəticəsində dünyasını dəyişən olmayıb.

Qeyd edək ki, Yuxarı Öysüzlü kəndi düşmənlə sərhəddə 3 km məsafədə yerləşir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə