Yanğınların qarşısı alınıb

Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Qusar rayonu, Bala Qusar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Saatlı şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Goranboy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və damına yığılmış 3,5 ton ot bağlamasının 1 tonu yanıb. Yanğın zamanı ev sahibinin oğlu müxtəlif yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Ağsu rayonu, Padar kəndində (rayon mərkəzindən 17 km aralı, torpaq yol) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılmış 15 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə