Liftdə qalmış şəxs xilas edilib

Liftdə qalmış şəxs xilas edilib

Bakının Yasamal rayonunda yerləşən 9 mərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldıraraq qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə