Bakının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə qalxaraq içəri daxil olub və giriş qapısını açıb.
Mənzilə baxış keçirilərkən köməksiz vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB