Şirvanda yol qəzasından yaralı çıxmış fəhlə öldü

Şirvanda yol qəzasından yaralı çıxmış fəhlə öldü

Ötən həftə Şirvan ərazisində fəhlələrin avtobusunun qəzaya uğraması nəticəsində yaralananlardan biri dünyasını dəyişib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, "Qarasu" Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan avtobusu Mişovdağda 200 metr hündürlükdən yuvarlanamışdı. yaralananlardan biri bu axşam dünyasını dəyişib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə bu axşam saat 02:00 radələrində Şirvan şəhər sakini 35 yaşlı Məcidov Ramil Rasim oğlu Şirvan şəhər mərkəzi xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Qəza nəticəsində 12 fəhlə yaralanıb. Qəzada yaralananlar aşağıdakılardır:

Şirvan şəhər sakinləri

50 yaşlı Quliyev İslam Nuruş oğlu,

55 yaşlı Hətəmov Rasim Müslüm oğlu,

28 yaşlı Səlimov Asim Rasim oğlu,

35 yaşlı Məcidov Ramil Rasim oğlu,

55 yaşlı Əliyev Ələddin Müslüm oğlu,

49 yaşlı Ələkbərov Elşad Vahid oğlu,

34 yaşlı Nağıyev Nail Mirələm oğlu,

33 yaşlı Mirzəyev İlqar Ağabəy oğlu,

55 yaşlı Hətəmov Rasim Müslüm oğlu,

63 yaşlı Şahmirzəyev Mustafa Mütəllim oğlu,

49 yaşlı Məmmədov Səmid Qulam oğlu,

35 yaşlı Qədirov Ramin İsaxan oğlu,

62 yaşlı Bağırov Səfadar Mürsəl oğlu;

Sabirabad rayon sakini

40 yaşlı Şahmarov Rəcəb Qəhrəman oğlu;

Neftçala rayon sakini

41 yaşlı Əsgərov Mahir Xəlil oğlu;

Hacıqabul rayon sakini

53 yaşlı Rəhimov Canəli Bünyat oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə