İsmayıllıda yanğın olub

Ötən gün İsmayıllıda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın İsmayıllı rayonu, Bizlan kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan tövlədə baş verib. Nəticədə tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə