Təxminən yarım saat bundan əvvəl Hacıqabul rayon ərazisində yol qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, "Qarasu" Əməliyyat Şirkətinə məxsus məlum olmayan səbəblərdən yoldan çıxaraq təxminən 200 metrə qədər aşağı yuvarlanıb.
İlkin məlumata görə, avtobusda olan şirkət əməkdaşlarından 16 nəfəri yaralanıb. Ölənlər haqda məlumat verilmir. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın baş həkimi Fəhrad Səfərovun verdiyi məlumata görə, xəstələrin hamısı travmatologiya şöbəsinə yerləşdirilib.
Araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB