Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açıblar.
Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB